24 may 2013-cü il tarixində prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilmişdir.
24 may 2013-cü il tarixində prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilmişdir.
Bu gün Təbrizdən olan azərbaycan əsilli fotoqraf, Fransa vətəndaşı Reza Deqhati Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin qonağı olub, burada yaradılan şəraitlə tanış olub.
18 may 2013-cü il tarixində Avropa Şurasının İnsan Hüquqları Məhkəməsinin bir qrup hakimindən ibarət nümayəndə heyəti Dövlət Agentliyini ziyarət etmişdir.
May ayının 15-dən etibarən Sumqayıt şəhərindəki “ASAN xidmət” mərkəzi öz fəaliyyətinə başlamışdır.
Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “YARAT!” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş sərgi açılmışdır.
İl ərzində Bakı şəhərində daha üç "ASAN xidmət" mərkəzi yaradılacaq. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Sumqayıtda yeni yaradılan "ASAN xidmət" mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
Avqustda Gəncədə “ASAN xidmət” mərkəzi açılacaq. Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Sumqayıtda yeni açılan “ASAN xidmət” mərkəzində keçirilən mətbuat konfransında deyib.
Prezident İlham Əliyev Sumqayıt “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir.
“1 saylı Bakı “Asan xidmət” mərkəzi fəaliyyətə başlayandan bu günə qədər 60 minə yaxın vətəndaşa xidmət göstərib. Ölkə prezidentinin tapşırığına əsasən, bu ilin yay aylarına qədər Bakı şəhərinin bütün əhalisi “Asan xidmət” mərkəzlərinin xidmətlərindən bəhrələnə biləcəklər”.