Sürücülük vəsiqəsi neçə günə dəyişdirilir?
Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız 30 dəqiqə ərzində həyata keçirilir.
Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız 30 dəqiqə ərzində həyata keçirilir.
Ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasport dəyişdirilməlidir.
Yaşayış sahəsinin kirayə verilməsi müqaviləsinin notariat qaydada təsdiqi ilə bağlı dövlət rüsumu 35 manat, xidmət haqqı 5.25 manat təşkil edir.
Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir:
• etibarnamənin müddətinin bitməsi;
• etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi;
• etibarnamə verilmiş şəxsin imtinası;
• etibarnaməni vermiş fiziki şəxsin ölməsi;
• və digər hallar.
Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır.
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və təqdim edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.
“Azərsu” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB tərəfindən abonent dəyişikliyi ödənişsiz olaraq həyata keçirilir.
Fiziki şəxsin vergi uçotuna alınması ilə bağlı zəruri sənəd şəxsiyyət vəsiqəsi və fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizədir.