Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan nümayəndə heyəti Anıtqəbri ziyarət edib Ətraflı

Ankarada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 10-da Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları Koreyada keçiriləcək təlimdə iştirak edəcəklər Ətraflı

Sentyabrın 18-dən oktyabrın 5-dək Koreya Respublikasında təşkil olunacaq “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) əməkdaşları üçün ictimai xidmət sahəsi üzrə potensialının artırılması” Ölkə üzrə Spesifik KOICA təlim proqramında ölkəmizi təmsil edəcək “ASAN xidmət”in 18 əməkdaşı üçün təqdimat görüşü keçirilib.

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb Ətraflı

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib. İyunun 24-də Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.