Please ensure Javascript is enabled for purposes of website accessibility

Azərbaycanın yeni brendi – “ASAN xidmət” – Euronews kanalında!

Avropanın aparıcı telekanallarından olan “Euronews” Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə  yaradılan və vətəndaşlara vahid məkandan dövlət orqanlarının xidmətlərinin təqdim edildiyi “ASAN Xidmət” mərkəzi barədə reportaj hazırlamışdır.

“ASAN Xidmət” mərkəzinin fəaliyyətinə dair həsr olunmuş reportaj aşağıdakı cədvələ uyğun olaraq nümayiş olunacaqdır:

27 may - 23:53 (Bakı vaxtı ilə), 28 may - 15:30, 29 may - 11:20, 30 may - 02:30, 31 may - 23:53

Reportajda Azərbaycanda neft sektorunun inkişafı ilə yanaşı ölkə rəhbərliyinin qeyri-neft sektorunun, xüsusilə də informasiya komminukasiya texnologiyalarının inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdən söhbət açılır.

Həmçinin reportajda Azərbaycan hökümətinin iqtisadiyyatın enerji resurslarından asılılığını minimuma endirmək siyasətini həyata keçirməyə çalışdığı qeyd olunur. Diqqətə çatdırlır ki, məhz “ASAN xidmət” mərkəzlərinin açılması dövlətin sosial innovasiyalar sahəsində həyata keçirdiyi ən mühüm addımlardan biridir.

Reportajda Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sədri İnam Kərimovun “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, iş prinsipləri və gələcək perspektivləri barədə verdiyi müsahibə də yer almışdır.

 

A- A A+

Digər xəbərlər