ASAN xidmətlərlə bağlı qeydlər

1. Notariat fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 18:00-dək, şənbə və bazar günləri 09:00-dan 16:00-dək fasiləsiz həyata keçirilir.

2. Digər xidmətlərlə bağlı sənədlərin qəbulu həftənin beş günü saat 09:00-dan 18:30-dək, şənbə və bazar günləri 09:00-dan 16:30-dək fasiləsiz həyata keçirilir.

3. Hazır sənədin verilməsi “ASAN xidmət” mərkəzlərinin iş qrafikinə uyğun həftənin beş günü saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 17:00-dək fasiləsiz həyata keçirilir.

4. Sabirabad, Gəncə, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəki "ASAN xidmət" mərkəzlərində sənədlərin qəbulu və hazır sənədlərin verilməsi həftənin beş günü saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri 09:00-dan 16:00-dək fasiləsiz həyata keçirilir.

“ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı ödənişlərin qəbulu mərkəz daxilində fəaliyyət göstərən bank xidməti vasitəsilə həyata keçirilir və bununla bağlı tutulan haqq 0,40 AZN təşkil edir.