Please ensure Javascript is enabled for purposes of website accessibility
“ASAN xidmət”in nümayəndə heyəti beynəlxalq forumda Ətraflı

Rusiya Federasiyasının Nijni Novqorod şəhərində "Rusiya və Azərbaycanın II Gənclər Təşəbbüsləri Forumu" keçirilib.  Məqsəd gənclər siyasəti sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, iki ölkə arasında humanitar sahədə əməkdaşlıq üçün effektiv mexanizmlərin təqdimatı və həyata keçirilməsi olmuşdur.

"ABAD"ın 6 yaşı qeyd olunub Ətraflı

23 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD" publik hüquqi şəxsin yaradılmasının 6 illiyi ilə əlaqədar tədbir təşkil olunub.

“ASAN Müraciət” ən yaxşı 15 təcrübə sırasında yer alıb Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN müraciət” informasiya sistemi BMT-nin Dövlət Xidmətlərində İnnovasiyalar üzrə Cənub-Cənub Şəbəkəsi (SS4NPSI) tərəfindən dərc olunan ən yaxşı 15 rəqəmsal həll siyahısına daxil edilib.  

“YAŞAT” Fondu yaralı hərbçilərimizi ziyarət edib Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşüblər.

Özbəkistan nümayəndə heyəti “ASAN xidmət”də Ətraflı

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası İnnovasiyaların İnkişafı Nazirliyinin və tabeliyində fəaliyyət göstərən qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyəti 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də Ətraflı

Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının və digər qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyəti 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

“ABAD” və “PMD Hospitality” ailə təsərrüfatlarının inkişafına birgə dəstək göstərəcək Ətraflı

8 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs və Azərbaycanda sağlamlıq və istirahət seqmentlərində hotellərin idarəetməsi ilə məşğul olan “PMD Hospitality” MMC arasında əməkdaşlığa dair Sazişin imzalanması mərasimi baş tutub. Saziş ailə təsərrüfatlarının,...

“İdeya Bankı” portalı yenilənmiş formada istifadəyə verilib Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili prosesinə vətəndaşların cəlb edilməsi, yaradıcı, sosial və ictimai əhəmiyyətli ideyaların toplanılması üçün 2012-ci ildə “İdeya Bankı” yaradılıb.