29 dekabr 2017-ci il tarixində Mədəniyyət və Truizm Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçirilib.
29 dekabr 2017-ci il tarixində Mədəniyyət və Truizm Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) əməkdaşı Elvin Balacanovun müəllifi olduğu elmi məqalə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu Hüquq, Kompüterlər və Texnologiya üzrə Beynəlxalq İcmal jurnalında (International Review of Law, Computers & Technology) dərc olunub.
“ABAD” publik hüquqi şəxs tərəfindən dəstəklənən Rəhimovlar və Şükürovlar ailələrinin istehsal etdiyi ət və süd məhsulları satışa çıxarılıb.
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr – 3 yanvar tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
27 dekabr 2017-ci il tarixində Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallay 1 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dekabrın 26-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Kiçik sahibkarların “ABAD”la əməkdaşlığının qurulmasına dəstək” mövzusunda tədbir keçirilib.
“ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı aparılan tədbirlər çərçivəsində və Azərbaycan Respublikasına səfər etmək niyyətində olan əcnəbilər və vətəndaşığı olmayan şəxslər üçün “ASAN Viza” portalının daha da rahat və əlçatan olması məqsədilə portalın müxtəlif dillərə tərcümə edilməsi işləri davam etdirilir.
23 dekabr 2017-ci il tarixində ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri 3 saylı “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət avtobusu və ASAN Radionun fəaliyyəti ilə tanış olub.
23 dekabr 2017-ci il tarixində "ASAN Könüllüləri" Təşkilatının “Mədəniyyət carçısı” proqramının təşkilatçılığı, "ASAN xidmət", YARAT Müasir İncəsənət Mərkəzinin və “ASAN radio” dəstəyi, Emin Əlizadənin təşəbbüsü ilə 2017-ci il 21 oktyabr tarixindən 2 ay müddətində keçirilən "FotoMən" layihəsinin bağlanış mərasimi keçirilib.
22 dekabr 2017-ci il tarixində Harvard, Stanford və Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbinin tələbələrindən ibarət nümayəndə heyəti 3 saylı “ASAN xidmət” mərkəzi və ASAN Radionun fəaliyyəti ilə tanış olub.