Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib
Qəbul qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşların qəbulunu davam etdirir
Qəbulda müraciətlər əsasən işlə təmin edilmə və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı olub. Həmçinin ölkənin müxtəlif şəhər və rayonlarından olan vətəndaşların ideya və təklifləri dinlənilib.
Müvafiq müraciətlər cavablandırılıb, həll edilməsi araşdırma tələb edən məsələlər olduqda yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.