Hökumətlərin dövlət xidmətləri və bu sahə üzrə təcrübələrinə həsr olunmuş “GX Now” adlı sənədli film geniş ictimaiyyətə təqdim olunub. Sənədli film Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Government Experience” platforması çərçivəsində məşhur jurnalist və futuroloq (CNN, TEDx, Forbes) İan Xan tərəfindən hazırlanıb.
Qanlı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər əməkdaşlar Şəhidlər xiyabanını ziyarət ediblər.
“YAŞAT" Fondu tərəfindən ağır yaralanan qazilərimizin və şəhidlərimizin ailə üzvlərinin müraciətləri diqqət mərkəzində saxlanılır, onların ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.
19 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İlk Həmkarlar İttifaqı təşkilatının növbədənkənar yığıncağı keçirilib.
“ASAN Könüllüləri” Təşkilatı və BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi üzrə cəbhəyanı ərazilərdə yaşayan 1500-dən çox uşağa psixoloji yardım göstərilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin 2020-ci ilin yekunlarına dair hesabatı təqdim olunub.