Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN könüllüləri əhali arasında sorğular keçirirlər

Qablaşdırma tullantılarının çeşidlənməsi və toplanaraq təkrar emala göndərilməsinə cəlb məqsədi ilə icra olunan "Təmiz Sumqayıt" layihəsi çərçivəsində ekoloji sorğular keçirilir. Layihə üzrə sorğunun aparılmasında məqsəd əhali arasında çeşidləmə ilə bağlı fikirləri, eləcə də onların çeşidləməyə, təkar emala və tullantıların çeşidlənməsi üzrə layihələrə münasibətini öyrənməkdir. Toplanmış və təhlil edilmiş nəticələr əsasında müvafiq addımların atılması, maarifləndirmə işlərinin genişləndirilməsi nəzərdə tutulur. Sumqayıt şəhərində sorğuların təşkilinə dayanıqlı inkişaf, ekologiya, təkar emal, sorğuların tərtibi və emalı təlimlərində iştirak etmiş ASAN könüllüləri və Eko Könüllülər cəlb olunublar.

Qeyd edək ki, “Təmiz Sumqayıt” layihəsi “ASAN Könüllüləri” Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşlığı və “Coca-Cola”, “Carlsberg”, “Unilever” kimi bir sıra aparıcı şirkətlərin dəstəyi ilə icra olunur.  Layihə üzrə 4 növ tullantı – şüşə, kağız, plastik və metal çeşidlənərək müxtəlif konteynerlərdə toplanır və sonra yenidən emal müəssisələrinə göndərilir.


Tullantıların çeşidlənməsi çirklənmənin qarşısının alınması, təbii ehtiyatların qorunması, enerjiyə qənaət etməklə yanaşı, iqtisadiyyata töhfə verir. Qablaşdırma tullantılarını çeşidləyərək təkrar emala cəlb etmək təbii ehtiyatlardan səmərəli istifadə edilməsinə geniş imkanlar yaradır.

A- A A+

Digər press-relizlər