28 dekabr tarixində “ASAN Könüllüləri” Təşkilatının yaradılmasının 7 illiyinə, eyni zamanda Təşkilatın 2020-ci ildəki fəaliyyətinə dair Hesabat Konfransı keçirilib.
28 dekabr tarixində “ASAN Könüllüləri” Təşkilatının yaradılmasının 7 illiyinə, eyni zamanda Təşkilatın 2020-ci ildəki fəaliyyətinə dair Hesabat Konfransı keçirilib.
23 dekabr 2020-ci il tarixində ASAN Beynəlxalq Assosiasiyasını təmsil edən dövlətlərin yüksək səviyyəli ekspertlərinin videokonfrans formatında növbəti görüşü keçirilib.
“ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb. 24 dekabr, 2015-ci ildə yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio” Azərbaycanın 90%-ə yaxın ərazisində yayımlanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq...
18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tanınmış blogger, aparıcı, mədəniyyət və incəsənət nümayəndələri ilə videokonfrans formatında görüşüb.
"YAŞAT" Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlarına üz tutmaqla bərabər bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını qarşılamağa da başlayıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri, "Elektron Hökumətin İnkişafı Mərkəzi", "İnnovasiyalar Mərkəzi", "ABAD" publik hüquqi şəxsi və "ASAN Radio" tərəfindən "YAŞAT" Fonduna 200 min manat məbləğində vəsait köçürülməsi qərara alınıb.
17 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Vətən müharibəsində iştirak etmiş və tərxis olunmuş “ASAN xidmət” əməkdaşları ilə görüşüb, onlara xatirə hədiyyələri təqdim edib.
Son günlər “YAŞAT” Fondunun adından istifadə edilməklə vətəndaşlara ianələrin ödənişi üçün saxta hesab nömrələri, linklər təqdim olunur, sosial şəbəkələrdə saxta səhifələr yaradılır.
Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fonduna “ASAN ödəniş” sistemi vasitəsilə də ianə etmək imkanı yaradılıb. Fonda dəstək olmaq istəyən şəxslər www.asanpay.az portalında “Ən populyar ödənişlər” bölməsində ilk sırada olan “Yardım fondu” kateqoriyası...