Please ensure Javascript is enabled for purposes of website accessibility
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu davam edir Ətraflı

25 iyun tarixində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilən BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirib.

BMT-nin Dövlət Xidmətləri Forumunun iştirakçıları üçün mədəni tədbir təşkil olunub Ətraflı

Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun ilk gününün sonunda iştirakçılar üçün Azərbaycan Hökuməti adından rəsmi şam yeməyi, mədəni tədbir təşkil olunub.

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək Ətraflı

24 iyun 2019-cu il tarixində Bakıda təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlıq haqqında Ni...

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb Ətraflı

Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində ölkəmiz BMT-nin xüsusi mükafatına layiq görülüb. BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edib.

BMT Baş Katibinin müavini “ASAN xidmət”də Ətraflı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Liu Zenmin 24-26 iyun 2019-cu il tarixində ölkəmizdə təşkil olunacaq BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak məqsədilə ölkəmizdə rəsmi səfərdədir.

“ASAN”ın nailiyyətləri BMT-də qiymətləndirilir Ətraflı

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibi Antonio Quterresə “ASAN xidmət”in fəaliyyətinə dair məktub ünvanlayıb. Sözügedən sənəd BMT Baş Assambleyasının sənədi kimi yayılıb.