26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
Səyyar ASAN xidmət 29 may - 27 iyun Xudat şəhərində, 30 may - 28 iyun Qazax şəhərində, 4 iyun – 3 iyul Qax şəhərində, 19 – 30 iyun Zirə qəsəbəsində, 19 iyun – 3 iyul Daşkəsən və Tərtər şəhərində, 19 iyun – 7 iyul Lerik şəhərində, 25 iyun – 4 iyul Hökməli qəsəbəsində, 27 iyun – 26 iyul Kürdəmir və Lənkəran şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
23 iyun 2018-ci il tarixində Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajinin başçılığı ilə bankın Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyəti Masallı “ASAN Həyat” kompleksinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin BMT Dövlət Xidmətləri Forumunda iştirakı davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak etmək məqsədilə Mərakeş Krallığında səfərdədir.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılmış “ASAN Ödəniş” sistemi vətəndaş əlçatanlığının təmin edilməsi istiqamətində daha bir yenilik təqdim edir.
21 iyun 2018-ci il tarixində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv bir sıra ölkələrin daimi nümayəndələri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
21 iyun 2018-ci il tarixində ABŞ-ın Ramsfeld fondunun təqaüd proqramının iştirakçılarından ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
20 iyun 2018-ci il tarixində Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Əl-Tayyib Louhun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Viza qaydalarının beynəlxalq bilet satış agentləri vasitəsilə sərnişinlərə və xarici hava limanlarında xidmət personallarına tam çatdırılması məqsədilə Beynəlxalq Hava Nəqliyyat Assosasiyasının (İATA) 1963-cü ildən nəşr olunan TİMATİC nəşrinin May 2018 buraxılışında “ASAN Viza” haqqında məlumat dərc olunub.