Səyyar ASAN qatar 22 may – 5 iyun tarixində Xaçmaz şəhərində, səyyar ASAN xidmət 22 may – 20 iyun tarixində Qusar şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar ASAN qatar 22 may – 5 iyun tarixində Xaçmaz şəhərində, səyyar ASAN xidmət 22 may – 20 iyun tarixində Qusar şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
17 may 2017-ci il tarixində Fransanın “Vivaction” şirkətinin prezidenti Rişar Mari 1 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
“ASAN Viza” sistemi vasitəsilə Azərbaycana səfər edəcək ölkələr siyahısına daha 12 dövlət (Baham adaları, Barbados, Boliviya,Ekvador, Honduras, Maldiv, Mavriki, Paraqvay, Peru, Seyşel adaları, Yamayka, Kolumbiya) əlavə edilib.
Səyyar ASAN xidmət 16 – 31 may tarixində Xəzər rayonunun Mərdəkan qəsəbəsində vətəndaşlara səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) göstərəcək.
15 may 2017-ci il tarixindən etibarən “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.
11 may 2017-ci il tarixində Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt “ASAN xidmət” könüllülərindən ibarət teatr truppası “Otello” tamaşasını və “Sərgüzəşti vəziri-xani Lənkəran” tamaşasında “Həyat” adlanan kiçik pantomim hissəsini səhnələşdiriblər.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirir.
“ASAN xidmət”, Masallı rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Masallı rayonu üzrə şöbəsi və “ASAN Radio”nun təşkilatçılığı ilə Masallı “ASAN Həyat” kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir baş tutub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Səyyar ASAN xidmət 8 – 17 may tarixində Sabunçu rayonunun Nardaran qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.