Please ensure Javascript is enabled for purposes of website accessibility

Ali Audit Qurumlarının İqtisadi Əməkdaşlıq Təşkilatının İdarə Heyətinin üzvləri “ASAN xidmət”də

9 oktyabr 2018-ci il tarixində Ali Audit Qurumlarının İqtisadi Əməkdaşlıq Təşkilatının (ECOSAİ) İdarə Heyətinin üzvləri “ASAN xidmət” mərkəzi ilə tanış olublar.

Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 24 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndiriblər.

A- A A+

Digər press-relizlər