ASANçılar Gənc Səfir seçildilər
25 oktyabr 2018-ci il tarixində Gənclər və İdman Nazirliyində Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş 17 Gənc Səfirin təqdimat və mükafatlandırma mərasimi keçirilib.
Gənc Səfirlərin seçimi Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ölkəmizdə ilk dəfə olaraq birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində baş tutub.
Mükafatlandırılanlar sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı, “Yaşıl ASAN” təşəbbüsünün rəhbəri Səkinə Həsənova və həmin təşəbbüsün koordinatoru Əkbər Cəlilov da var.
Onlar müvafiq olaraq “İqlim dəyişikliyinə qarşı mübarizə” və “Dəniz ekosisteminin mühafizəsi” Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfir seçiliblər.