Məhkumluq barədə arayışların verilməsi
Zəruri olan sənədlərin siyahısı
- Ərizəsi
- (ərizədə qeyd edilməlidir: ərizəçinin soyadı, adı, atasının adı; doğulduğu yer, tarix (gün, ay, il); vətəndaşlığı və yaşadığı ünvan; şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verilmə tarixi və onu verən orqan.);
- Şəxsiyyəti təsdiq edən sənəd;
- Etibarnamə (şəxsin özünün iştirakı mümkün olmadıqda).
- Hər bir fiziki şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.
- Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur.
- Yetkinlik yaşına çatmayan, qəyyumluq və himayəçilik təyin olunmuş şəxslərə məhkumluq barədə arayış onların valideynlərinin və digər qanuni nümayəndələrininərizələrinə əsasən verilir.
Dövlət rüsumunun məbləği
Məhkumluq barədə arayışın verilməsi ödənişsizdir.
Müddət
Arayış dərhal verilir. Şəxsin məhkumluğu olduqda və bununla bağlı əlavə araşdırma zərurəti yarandıqda arayış 1 iş günü müddətində verilir.