Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzi Dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin göstərilməsini həyata keçirir.
“Çağrı” mərkəzi əhalinin ASAN xidmətlər barədə suallarının vaxt itirmədən, xidmət mərkəzlərinə getmədən, operativ şəkildə cavablandırılması, onların göstərilən xidmətlər barədə məlumatlandırılması və rastlaşdıqları hüquqpozmalar barədə müraciət etmələri məqsədilə yaradılmışdır.
Respublikanın istənilən regionundan stasionar telefonlardan ödənişsiz, mobil operatorlardan isə ödənişli olaraq "108" yığmaqla “Çağrı” mərkəzinin xidmətlərindən yararlanmaq mümkündür.
“Çağrı” mərkəzinin fəaliyyəti barədə irad və təkliflərinizi asan@asan.gov.az ünvanına göndərə bilərsiniz.
İş rejimi:
”Çağrı” mərkəzi bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək, bayram və istirahət günlərində isə 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərir.