Fiziki şəxslər üçün:
Hüquqi şəxslər üçün:
Fiziki və hüquqi şəxslər yuxarıda qeyd edilənlərdən başqa sorğu ediləcək arxiv sənədinin məzmunundan asılı olaraq aşağıdakı sənədləri təqdim etməlidirlər:
Azərbaycan Respublikasının bütün fiziki və hüquqi şəxsləri dövlət arxiv fondu sənədləri əsasında arxiv arayışları almaq hüququna malikdirlər.
Dövlət arxivləri onlarda saxlanılan sənədlər əsasında müvafiq qanunvericilik aktlarına uyğun olaraq fiziki və hüquqi şəxslərə, idarə, təşkilat və müəssisələrə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, arxiv çıxarışı və yaxud sənədlərin təsdiq olunmuş surətlərini verir.
Xidmətin adı |
Xidmətin baza qiyməti (15-30 iş günü ərzində verildikdə) |
Sürətləndirilmiş qaydada (4-7 iş günü ərzində verildikdə) |
Sürətləndirilmiş qaydada (1-3 iş günü ərzində verildikdə) |
Sosial –hüquq xarakterli:
|
|
|
|
Əməkhaqqının və ya əmək stajının təsdiq edilməsi haqqında |
15 manat |
30 manat |
45 manat |
Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı üzrə sənəd barədə |
15 manat |
30 manat |
45 manat |
Təltif edilmənin təsdiq edilməsi haqqında sənəd barədə |
15 manat |
30 manat |
45 manat |
Daşınmaz əmlak üzərində əşya hüququnun təsdiq edilməsi haqqında |
15 manat |
30 manat |
45 manat |
Digər mövzular |
15 manat |
30 manat |
45 manat |
Tematik |
40 manat |
80 manat |
120 manat |
Azərbaycan Respublikası Dövlət Arxivində yalnız 1949-cu ilə qədər Bakı şəhəri üzrə VVADQ sənədləri saxlanılır. 1949-cu ildən sonrakı illər barədə doğum, ölüm, nikah və boşanma faktının qeydiyyata alındığı inzibati ərazi vahidliyi üzrə müvafiq VVADQ şöbələrinə müraciət edilməlidir. Hər il mütəmadi olaraq, müvafiq VVADQ idarələrindən sənədlər növbəti illər üzrə arxivə mühafizə üçün daxil olur.
“Qəhrəman Ana” adı almış şəxslər bu barədə sorğu göndərərkən beşinci uşaqdan başlayaraq digərlərinin doğum tarixlərini qeyd etməlidirlər.
Daşınmaz əmlak üzərində əşya hüququnun təsdiq edilməsi haqqında sənəd barədə sorğu verildikdə vətəndaş dəqiq tarix bilmirsə maksimum 1 il müddətində təxmini tarix (mövzusu 1920-ci ilə qədər olan sorğular üzrə maksimum 5 il, mövzusu 1920-ci ildən sonra olan sorğular üzrə 1 il) verə bilər. Bununla yanaşı, mülkün ilkin sahibi vətəndaş özü olmadıqda, lakin cari dövrdə həmin mülkə qanuni əsaslarla sahiblik edirsə, həmin sahiblik hüququ verən sənədlərin surətini sorğusuna əlavə etməlidir (mülkün qeydiyyat vəsiqəsi, alqı-satqı müqaviləsi və s.).
Bu xidmət 1 saylı Gəncə və 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzləri istisna olmaqla bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.