- ərizə;
Ərizəyə əlavə olunan sənədlərin siyahısı:
- ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
- ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi obyektlə bağlıdırsa);
- fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən şərtlərin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əlavə şərtlərin yerinə yetirildiyini təsdiq edən sənədlər.
Sıra nöm-rəsi |
Fəaliyyət növünün adı |
Dövlət rüsumunun məbləği (manatla) |
1. |
toksiki istehsalat tullantılarının: |
|
1.1. |
utilizasiyası |
550 |
1.2. |
zərərsizləşdirilməsi |
550 |
2. |
özəl tibb fəaliyyəti |
2250 |
3. |
əczaçılıq fəaliyyəti: |
|
3.1. |
dərman vasitələrinin istehsalı |
2250 |
3.2. |
dərman vasitələrinin topdansatışı |
20000 |
3.3. |
dərman vasitələrinin pərakəndə satışı |
1000 |
4. |
prekursorların: |
|
4.1. |
istehsalı |
250 |
4.2. |
idxalı |
250 |
4.3. |
ixracı |
250 |
4.4. |
tranzit nəql edilməsi |
250 |
5. |
təhsil fəaliyyəti: |
|
5.1. |
dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, məktəbəqədər təhsil müəssisələri |
1250 |
5.2. |
dövlət ümumi təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) |
10000 |
5.3. |
dövlət peşə təhsili müəssisələri istisna olmaqla, peşə təhsili müəssisələri |
2000 |
5.4. |
dövlət orta ixtisas təhsili müəssisələri istisna olmaqla, orta ixtisas təhsili müəssisələri |
2000 |
5.5. |
dövlət ali təhsil müəssisələri istisna olmaqla, ali təhsil müəssisələri |
13750 |
5.6. |
dövlət əlavə təhsil müəssisələri istisna olmaqla, əlavə təhsil müəssisələri |
1500 |
5.7. |
dini orta ixtisas təhsili müəssisələri |
2000 |
5.8. |
ali dini təhsil müəssisələri |
13750 |
6. |
rabitə xidmətləri: |
|
6.1. |
telefon (məftilli) |
2500 |
6.2. |
radiotrank və simsiz telefon |
2500 |
6.3. |
sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) |
1000000 |
6.4. |
İP-telefoniya (internet telefoniya) |
50000 |
6.5. |
ölkədaxili telekommunikasiya kanallarının təşkili |
2500 |
6.6. |
beynəlxalq telekommunikasiya kanallarının təşkili |
5500 |
6.7. |
məlumatların ötürülməsi (data) |
3000 |
6.8. |
sürətli poçt xidməti |
1250 |
7. |
radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının saxlanması |
550 |
8. |
təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması |
250 |
9. |
maye və təbii qaz təsərrüfatı obyektlərinin: |
|
9.1. |
quraşdırılması |
1100 |
9.2. |
istismarı |
1100 |
10. |
liftlərin quraşdırılması və təmiri fəaliyyəti |
250 |
11. |
attraksionların istismarı |
1250 |
12. |
qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri |
1250 |
13. |
təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi |
1250 |
14. |
yanğından mühafizə fəaliyyəti: |
|
14.1. |
müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması |
1800 |
14.2. |
yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi |
1800 |
14.3. |
yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri |
1800 |
14.4. |
yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası |
1800 |
15. |
tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri |
550 |
16. |
tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri |
550 |
17. |
tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi |
550 |
18. |
özəl baytarlıq xidməti fəaliyyəti |
220 |
19. |
baytarlıq preparatlarının: |
|
19.1. |
istehsalı |
1500 |
19.2. |
satışı |
220 |
20. |
bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin: |
|
20.1. |
istehsalı |
1000 |
20.2. |
idxalı |
500 |
21. |
fərdi ovçuluq təsərrüfatlarının təşkili |
550 |
22. |
istehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükü |
250 |
23. |
Müxtəlif növ möhürlərin və ştampların hazırlanması |
1100 |
Lisenziya verən dövlət orqanı təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq lisenziyanın verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir və bu barədə ərizəçiyə məlumat verir (ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, lisenziya verən dövlət orqanı, zəruri hesab etdikdə konkret fəaliyyət növünün xüsusiyyətlərindən asılı olaraq müvafiq rəy alınması üçün aidiyyəti dövlət orqanlarına müraciət etdikdə, lisenziya verən dövlət orqanı ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etdikdə tətbiq olunan müddətlər qeyd olunan müddətə daxil edilmir).
Lisenziyalar müddətsiz verilir.
Xidmət hazırda Bakı şəhəri üzrə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində, regionlar üzrə isə 2 saylı Sumqayıt, 2 saylı Gəncə regional, Sabirabad, Bərdə, Qəbələ,Masallı, Şəki və Naxçıvan “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.
Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) üzrə lisenziyanın verilməsi üçün ərizəçi ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında lisenziya müqaviləsi imzalanır.
Lisenziya və icazə verən orqan bu Qanunun ərizəyə əlavə oluna sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.