Ödənişsiz
1 (bir) iş günü müddətində
Başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər və ya təqdim etdiyi arayışda adı qeyd olunduqda müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə).
Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Azəriqaz İB-yə təqdim etdiyi siyahıda adı olan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər) müvafiq arayışı təqdim edə bilərlər.