3 fevral 2014-cü il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Bakı şəhəri üzrə səyyar formada xidmətlərin həyata keçirilməsinə başlamışdır. Səyyar xidmətlər dedikdə qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci dərəcə əlilliyi olan şəxslər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar  (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən)  üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

 

Xidmətin sifarişi:

Xidmətin sifarişi 108 nömrəli “Çağrı” mərkəzi və ya www.asan.gov.az vasitəsi ilə həyata keçirilir.

 

İş rejimi:

Bazar ertəsi- cümə günü saat 10:00-18:00-dək, şənbə günü 10:00-13:00-dək.

 

Əhatə dairəsi:

Xidmətin əhatə dairəsinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu daxildir.

Qeyd: Notariat fəaliyyəti yalnız Bakı şəhəri üzrə həyata keçirilir.

 

 

Xidmət haqqının məbləği (notariat fəaliyyətinin göstərilməsi ilə bağlı ödənilən xidmət haqqı istisna olmaqla)

  • İkitərəfli xidmət (sənədlərin qəbulu və hazır sənədin çatdırılması) - 120 AZN xidmət haqqı (ƏDV daxil olmaqla);
     
  • Birtərəfli xidmət (sənədlərin qəbulu) - 70 AZN xidmət haqqı (ƏDV daxil olmaqla)

 

Qeyd 1: Yuxarıda qeyd edilən sifarişin xidmət haqqına dövlət rüsumları, cərimələr və normativ hüquqi aktlarla müəyyən edilən xidmət haqqları daxil deyil. 

 

Daxili İşlər Nazirliyi

  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
     
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
     
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
     
  • Məhkumluq barədə arayışların verilməsi.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması.

 

Ədliyyə Nazirliyi

  • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
  • Notariat fəaliyyəti;

Notariat fəaliyyətini sifarişli əsaslarla həyata keçirilməsinə görə ödənilən xidmət haqqı

Hərəkətin adı

Xidmətə görə haqq (manatla)

 1

Daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi (alqı-satqı istisna olmaqla)

460.00

2

Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqi

120.00

3

Ipoteka müqaviləsinin təsdiqi:

140.00

4

Sonrakı ipoteka müqaviləsinin təsdiqi:

140.00

5

Icarə müqaviləsinin təsdiqi:

180.00

6

Yaşayış sahəsinin kirayəyə verilməsi barədə müqavilələrin təsdiqi

110.00

7

Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin təsdiqi:

110.00

8

Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair və sair etibarnamələrin təsdiqi

100.00

9

Nikah müqaviləsinin təsdiqi

160.00

10

Miras paya sərəncam verilməsinə dair müqavilənin təsdiqi:

90.00

11

Mirasın bölüşdürülməsinə dair sazişin bağlanması

90.00

12

Ər-arvadın ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi

170.00

13

Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi

100.00

14

Sənədlərdəki imzaların həqiqiliyinin təsdiq edilməsi

100.00

15

İtirilmiş sənədin dublikatının verilməsi

100.00

16

Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiq edilməsi

100.00

17

Şəxsin sağ olması faktının təsdiq edilməsi

100.00

18

Şəxsin müəyyən yerdə olması faktının təsdiq edilməsi

100.00

19

Şəxslə foto şəkildəki şəxsin eyniliyinin təsdiq edilməsi

100.00

20

Sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsi

100.00

21

Fiziki və hüquqi şəxslərin ərizələrinin başqa fiziki və hüquqi şəxslərə verilməsi

100.00

22

İcra qeydlərinin aparılması

100.00

23

Veksellərə protestlərin tərtib edilməsi

100.00

24

Dəniz protestlərinin tərtib edilməsi

90.00

25

Sübutların təmin edilməsi

100.00

26

Digər qiymətləndirilən müqavilələrin təsdiqi

90.00

27

Digər qiymətləndirilməyən müqavilələrin təsdiqi

160.00

28

Vəsiyyətnamələrin təsdiqi

130.00

29

Sair notariat hərəkətləri

100.00

 

 

 

Dövlət Miqrasiya Xidməti:

  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması);
     
  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrin verilməsi;
     
  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması);

 

  • Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması

 

Əmlak Məsələləri Dövlət Xidməti

  • Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
     
  • Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;
     
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.
 

Dövlət Vergi Xidməti

  • Asan imza sertifikatının verilməsi.

 Asan İmza ilə bağlı xidmətlərin həyata keçirilməsi – 67 azn (ƏDV daxil olmaqla).

 

“Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər

  • İtirilmiş və ya zədələnmiş smart kartın bərpası
  • Borc və ödəniş haqqında arayışların verilməsi
  • Abonent məlumatlarında dəyişikliklərin edilməsi
  • Sayğacların istismarı ilə bağlı məlumatın verilməsi
  • Mexaniki sayğacların smart tipli sayğaclar ilə əvəz olunması səbəbindən yeni smart kartların verilməsi
  • Yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğac kartının verilməsi
  • Qüsurlu ödənişin bərpa edilməsi
  • Yeni qazlaşma haqqında məlumatın verilməsi
  • Dini qurumlara ayrılmış limitlərin verilməsi
  • Smart tipli sayğaclarda istifadə edilməyən məbləğin yeni quraşdırılmış sayğacın smart kartına köçürülməsı
  • Sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu
  • Abonent kodundan smart karta ödənişin köçürülməsi
  • Smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi
  • Koda düşmüş kartların bərpası
  • Müqavilələrin bağlanması
  • Texniki şərtin verilməsi
  • Məcburi köçkün qrupuna aid abonentlərin yeni arayışlarının qəbulu

 

"Azərişıq" ASC tərəfindən göstərilən xidmətlər

  •  Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması
  •  Borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə sənədin verilməsi
  •  Əhali istehlakçısının ad dəyişdirilməsi
  •  Qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi
  •  Qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi
  •  Abonentin geniş tarixçəsinin verilməsi
  •  Qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması

 

“Azərsu” ASC tərəfindən göstərilən xidmətlər

  • İtirilmiş və ya zədələnmiş smart kartın bərpası
  • Borc haqqında məlumatın və borcun olmaması haqqında arayışın verilməsi
  • Abonent məlumatlarında dəyişiklik edilməsi
  • Sayğacların istismarı ilə bağlı məlumatın verilməsi
  • Mexaniki sayğacların smart tipli sayğaclarla əvəz olunması ilə əlaqədar yeni smart kartların verilməsi
  • Smart tipli sayğacın əvəz olunması səbəbindən yeni smart kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi
  • Yeni abonentlərə smart kartların verilməsi
  • Qüsurlu ödənişin bərpa edilməsi
  • Ödənişlər haqqında məlumatın verilməsi
  • Texniki şərtin verilməsi (su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma)
  • Yeni istehlakçının qeydiyyata alınması

Əlavə məlumat üçün “108” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

A- A A+