Rəhbərlik
- 1. Direktor Cəfərov Elxan Müsafir oğlu e.m.cafarov@asan.gov.az
- 2. Direktor müavini Əliyev Elşən Eynulla oğlu e.e.eliyev@asan.gov.az
Mərkəz müvafiq xidmətlər üzrə ərazi məhdudiyyəti (kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, əmək pensiyalarının təyin edilməsi və arxiv arayışlarının verilməsi xidmətləri istisna olmaqla) olmadan fəaliyyət göstərir.
Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı xidməti üzrə yalnız Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdam, Xocalı və Şəki rayonlarına, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, həmçinin əmək pensiyalarının təyin edilməsi xidmətləri üzrə Mingəçevir, Ağdaş və Yevlax rayonlarına və arxiv arayışlarının verilməsi xidməti üzrə isə yalnız Mingəçevir şəhərinə xidmət göstərilir.
Mingəçevir regional "ASAN xidmət" mərkəzi həftənin bazar ertəsi - cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 16:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.
Notariat fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 18:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 15:00-dək fasiləsiz həyata keçirilir.
Digər xidmətlərlə bağlı sənədlərin qəbulu həftənin beş günü saat 09:00-dan 18:30-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 15:30-dək fasiləsiz həyata keçirilir.
Hazır sənədin verilməsi “ASAN xidmət” mərkəzlərinin iş qrafikinə uyğun həftənin beş günü saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 16:00-dək fasiləsiz həyata keçirilir.
DİQQƏT!
Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" və "ASAN Kommunal", həmçinin Sumqayıt və Gəncə regional "ASAN xidmət" mərkəzləri saat 18.00-dək, digər regional mərkəzlər isə 17:00-dək fəaliyyət göstərəcək.
Həmçinin koronavirusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində şənbə və bazar günləri bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.