Ünvan
- 1. Ünvan Azərbaycan Respublikası, Balakən rayonu, Heydər Əliyev prospekti 159, AZ0800 balaken@asan.gov.az 108 "Çağrı" mərkəzi
- 2. Avtobus marşrutları 1,2,3,4,7,9,10,11,14,15,18,22,26,33,34,44,58,60,64,77,105,121,347
Mərkəz müvafiq xidmətlər üzrə ərazi məhdudiyyəti (kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, əmək pensiyalarının təyin edilməsi xidmətləri istisna olmaqla) olmadan fəaliyyət göstərir.
Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı xidməti üzrə yalnız Qax, Zaqatala, Balakən rayonlarına, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti üzrə Balakən və Zaqatala rayonlarına, əmək pensiyasının təyin edilməsi xidməti üzrə isə Qax, Zaqatala, Balakən və Şəki rayonlarına xidmət göstərilir.
Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri bazar ertəsi - cümə günləri saat 09:00-dan-18:00-dək, digər regional mərkəzlər isə bazar ertəsi - cümə günləri saat 09:00-17:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir. Şənbə və bazar günləri Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri saat 09:30-17:00-dək, digər regional mərkəzlər isə saat 09:00-16:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir.
“ASAN xidmət” mərkəzlərində notariat fəaliyyəti ilə bağlı növbələrin verilməsi mərkəzlərin iş vaxtının bitməsindən 1 saat, digər xidmətlərlə bağlı sənədlərin qəbulu üçün növbələrin verilməsi isə 30 dəqiqə əvvəl dayandırılır.