Ünvan
- 1. Ünvan Azərbaycan Respublikası, Lənkəran rayonu, Qurumba kəndi, Ələt-Astara avtomobil yolu, 172-ci km, AZ4200 lankaran@asan.gov.az 108 Çağrı Mərkəzi
Lənkəran regional "ASAN xidmət" mərkəzi (kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, əmək pensiyalarının təyin edilməsi və notariat xidmətində vərəsəlik işi ilə bağlı müraciətlər istisna olmaqla) ərazi məhdudiyyəti olmadan xidmət göstərir.
Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərin qeydiyyatı üzrə Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Masallı, Astara və Lənkəran rayonlarında, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı üzrə Astara, Lerik və Lənkəran rayonlarında, notariat xidməti üzrə vərəslik işinin açılması ilə bağlı Astara, Lerik, Lənkəran rayonlarında, əmək pensiyalarının təyin edilməsi üzrə Astara, Lerik və Lənkəran rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərilir.
.
Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri bazar ertəsi - cümə günləri saat 09:00-dan-18:00-dək, digər regional mərkəzlər isə bazar ertəsi - cümə günləri saat 09:00-17:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir. Şənbə və bazar günləri Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri saat 09:30-17:00-dək, digər regional mərkəzlər isə saat 09:00-16:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir.
“ASAN xidmət” mərkəzlərində notariat fəaliyyəti ilə bağlı növbələrin verilməsi mərkəzlərin iş vaxtının bitməsindən 1 saat, digər xidmətlərlə bağlı sənədlərin qəbulu üçün növbələrin verilməsi isə 30 dəqiqə əvvəl dayandırılır.