Rəhbərlik
- 1. Direktor Muxtarov Vidadi Babaxan oğlu v.muxtarov@asan.gov.az
Mərkəz müvafiq xidmətlər üzrə ərazi məhdudiyyəti (kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, əmək pensiyalarının təyin edilməsi və arxiv arayışlarının verilməsi xidmətləri istisna olmaqla) olmadan fəaliyyət göstərir.
Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı xidməti üzrə yalnız Masallı, Astara, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarına, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti üzrə Masallı, Biləsuvar, Cəlilabad və Yardımlı rayonlarına, əmək pensiyalarının təyin edilməsi, həmçinin arxiv arayışlarının verilməsi xidmətləri üzrə isə Masallı, Astara, Lənkəran, Lerik, Neftçala, Salyan, Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarına xidmət göstərilir.
Xüsusi karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri bazar ertəsi - cümə günləri saat 09:00-dan-18:00-dək, digər regional mərkəzlər isə bazar ertəsi - cümə günləri saat 09:00-17:00-dək nahar fasiləsi olmadan fəliyyət göstərir. Şənbə və bazar günləri Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri saat 09:30-17:00-dək, digər regional mərkəzlər isə saat 09:00-16:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir.
“ASAN xidmət” mərkəzlərində notariat fəaliyyəti ilə bağlı növbələrin verilməsi mərkəzlərin iş vaxtının bitməsindən 1 saat, digər xidmətlərlə bağlı sənədlərin qəbulu üçün növbələrin verilməsi isə 30 dəqiqə əvvəl dayandırılır.