Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şamaxı və Balakən regional “ASAN xidmət” mərkəzlərində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatlarının yaradılması ilə bağlı tədbirlər keçirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan 60-dan çox şəxsə səyyar ASAN xidmət göstərilib.
Yaşlı mütəxəssislərin bilik və bacarıqlarının gənc nəslə ötürülməsi və fəal yaşlanmanın təbliğ edilməsi məqsədilə “ASAN Könüllüləri” Təşkilatı tərəfindən Peşəkar İnkişaf Kursları təşkil olunacaq.
Vətən müharibəsindən sonra dünyaya gələn 100-cü şəhid övladının, şəhidimiz Vüqar Məmmədovun övladı Vüqarın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə direktoru Kandis MakDiqan ilə görüşüb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 avqust tarixli 2232 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nətic...
“Neftçi" Peşəkar Futbol Klubu (PFK), "ASAN Könüllüləri" Təşkilatı və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə şəhid və sosial baxımdan həssas ailələrin övladları üçün nəzərdə tutulmuş "III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi başlayıb.