Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət"in fəaliyyəti barədə ATƏT-in tədbirində məlumat verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev 18-19 oktyabr 2021-ci il tarixində Avstriyanın Vyana şəhərində təşkil olunmuş ATƏT-in “İqtisadi məsələlər və ətraf mühit” mövzulu tədbirində çıxışçı qismində iştirak edib.

Forumda ATƏT-ə üzv dövlətlərin nazirləri, yüksək vəzifəli dövlət rəsmiləri, akademik dairələrin nümayəndələri iştirak ediblər.

Tədbirin sessiyaları rəqəmsal iqtisadiyyatın inkişafında qabaqcıl idarəçilik və əlaqələr, iqtisadi sahədə yeni texnologiyaların tətbiqi, enerji sahəsində əməkdaşlıq və dayanıqlı iqtisadi artıma rəqəmsal iqtisadiyyatın təsiri, korrupsiya ilə mübarizədə rəqəmsal texnologiyaların istifadəsi mövzularına həsr olunub.

Dövlət Agentliyinin nümayəndəsi “Şəffaflığın təşviqi, korrupsiya ilə mübarizə və onun aradan qaldırılması, yaxşı cəmiyyət və korporativ idarəçiliyə töhvə verəcək təcrübə mübadiləsinin təşviqi” sessiyasında geniş təqdimatla çıxış edib. Təqdimat zamanı “ASAN xidmət” modeli barədə, e-hökumət və sosial innovasiyalar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işlərdən bəhs edilib. Həmçinin “ASAN xidmət”ə verilmiş BMT mükafatlarından, beynəlxalq əməkdaşlıqda əldə olunmuş uğurlardan, “MyGov”, “ASAN Viza”, “Rəqəmsal icra hakimiyyəti portalı” kimi layihələrdən və müvafiq sahələr üzrə gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan planlardan söz açılıb.

Təqdimat çoxsaylı suallar, şərhlər, cavablarla müşayiət olunub.

A- A A+

Digər press-relizlər