Please ensure Javascript is enabled for purposes of website accessibility
Elmi nəşrlərlə bağlı müasir çağırışlar və ekosistemin yaradılması məsələləri müzakirə edilib Ətraflı

19 aprel 2022-ci il tarixində ADA Universitetində “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”nin təqdimatına dair tədbir təşkil olunub. Məqsəd Yol Xəritəsində qeyd olunan tədbirlərin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, qarşılıqlı müzakirəsi və ictimai məlumatlılığı təmin etməkdir.

“ASAN xidmət”lə Təhsil Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb Ətraflı

14 aprel 2022-ci il tarixində “Gələcək üçün bacarıqlar” layihəsinin “Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə” adlı hesabat tədbirində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.