26-27 may tarixlərində görülən profilaktik tədbirlərlə əlaqədar “ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılmış “ASAN ödəniş” terminalları xidmət göstərməyəcək. Həmçinin, vətəndaşların qeyd olunan müddət ərzində www.asanpay.az portalı üzərindən ödənişləri həyata keçirməsi də mümkün olmayacaq.
ASAN Təlim-Tədris mərkəzi tərəfindən əməkdaşlıq çərçivəsində “Sabah” tələbələrinə “İşgüzar etikanın karyerada rolu” mövzusunda ilkin təlim keçirilib.
Səyyar ASAN xidmət 23 may – 1 iyun Xəzər rayonunun Buzovna qəsəbəsində, 23 may – 21 iyun Şamaxı şəhərində, 24 may – 7 iyun Qazax şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
21 may tarixində “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin növbəti qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov olub.
19 may 2016-cı il tarixində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sabiq prezidenti Rene van der Lindenin başçılıq etdiyi Azərbaycan-Niderland Biznes Mərkəzinin üzvlərindən ibarət nümayəndə heyəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Səyyar ASAN xidmət 16 – 30 may Salyan şəhərində, 16 may – 14 iyun Qəbələ, Masallı, Xaçmaz şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
16 may tarixində Rəşid Behbudov adına mahnı teatrında görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin "İclas qurusu" hekayəsi və "Bir gəncin manifesti" romanından "Sonanın cavabı" hekayəsi səhnələşdirilib.