20 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib.
17 iyun 2017-ci il tarixində Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransının iştirakçılarından ibarət nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Səyyar ASAN xidmət 13 – 22 iyun Xızı şəhəri və Xəzər rayonunun Zirə qəsəbəsində, 14 – 23 iyun Abşeron rayonunun Hökməli qəsəbəsində, 14 iyun – 3 iyul Qazax şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
İyunun 8-də “Azərbaycan Hava Yolları” QSC və “ABAD” publik hüquqi şəxsin əməkdaşlığı çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında milli əl işlərinin təqdim olunduğu “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
7 iyun 2017-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri və ombudsmanlarından ibarət nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Səyyar ASAN xidmət 5 iyun – 4 iyul tarixində Daşkəsən, Balakən, Yardımlı, İmişli şəhərlərində, 5 – 19 iyun tarixində Ağdam şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
1 iyun 2017-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Konqresinin üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
31 may 2017-ci il tarixində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katorinin başçılıq etdiyi nümayəndə heyəti 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.