Please ensure Javascript is enabled for purposes of website accessibility

“Gəncsən? Başla!” kitabının imza günü keçirilib

4 noyabr 2017-ci il tarixində 2 saylı “ASAN Kommunal” mərkəzində ASAN Könüllüləri Təşkilatı, Azərbaycan Universiteti, YARAT Friends və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin təşkilati dəstəyi ilə “Gəncsən? Başla!” kitabının imza günü keçirilib.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib ki, kitabın satışından əldə olunacaq gəlirin bir neçə tələbənin təhsil haqqına yönəldilməsi alqışa layiq haldır. 

Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev kitabın müəllifini təbrik edərək gənclərin fərdi inkişafı üçün lazım olan məlumatların bu kitabda cəmləşdiyini vurğulayıb. 

Azərbaycan Respublikaının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev çıxış edərək dövlətin gənclərə hər zaman dəstək olduğunu qeyd edib. O, son illər gənclər arasında könüllülük hərəkatının genişləndiyini, təkcə 15 minə yaxın gəncin “ASAN Könüllüləri” Təşkilatında birləşdiyini bildirib.  Həmçinin, vurğulayıb ki, “Gəncsən? Başla!” kitabı könüllü tələbə gənclər üçün çox faydalı olacaq. 

“İmza günü”ndə çıxış edən “YARAT” Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru Hökumə Kərimova və Müəllif Hüquqları Agentliyinin Aparatın rəhbəri Natiq İsayev asudə vaxtlarını səmərəli keçirmək istəyən gənclər üçün kitabın əhəmiyyətindən danışıblar.

Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə nəşr edilən, Dr, dosent Nadir Adilovun müəllifi olduğu, tələbə və gənclərin şəxsi inkişaf kitabı “Gəncsən? Başla!” oxucular və xüsusən də tələbə gənclər arasında çox qısa bir zamanda populyarlıq qazanıb.  “Gəncsən? Başla!” kitabının satışından əldə edilən vəsait müəllifin şəxsi təşəbbüsü ilə “Könüllü” Tələbə təqaüd proqramına yönəldiləcək.
 

A- A A+

Digər press-relizlər