Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN könüllüləri yenidən səhnədə!

6 fevral 2018-ci il tarixində Dövlət Musiqili Teatrında 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası Tamara Vəliyevanın müəllifi olduğu “Bankir Adaxlı” əsərini səhnələşdirib.

“ASAN xidmət” mərkəzinin əməkdaşı Könül Hüseynlinin quruluş verdiyi tamaşada 15 könüllü rol alıb. 

Komik situasiyalarla zəngin və dinamik süjet xəttinə malik olan səhnə əsəri məişət gündəliyini əks etdirir. Əsərdə 30 yaşına çatmış iki qızının ailə həyatı qurması üçün əlindən gələni edən, qızıl satışı ilə məşğul olan Nisənin həyatı nümayiş olunur. 

Qeyd edək ki,  “ASAN Könüllüləri” tərəfindən teatr səhnəsində mütəmadi olaraq müxtəlif tamaşalar reallaşdırılır.  

A- A A+

Digər press-relizlər