9 may -Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
9 may -Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
Səyyar ASAN xidmət 20 aprel – 19 may Şirvan şəhərində, 23 aprel – 7 may Binə qəsəbəsində, 1 – 15 may Ağdaş, Qovlar şəhərlərində, 1 – 25 may Şabran rayonunda, 1 – 30 may Biləsuvar, Zaqatala şəhərlərində, 7 – 26 may Ağstafa rayonunda, 8 may – 6 iyun Xırdalan şəhərində, 10 may – 9 iyun İmişli rayonunda, 11 – 25 may Buzovna qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
5 may 2018-ci il tarixində “ASAN xidmət”in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə veloyürüş keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar “ASAN xidmət”, “ASAN Könülüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə “Sevdiyim” layihəsinə start verilib.
1 may 2018-ci il tarixində Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutunun Dövlət Siyasəti Tədris Proqramının iştirakçısı olan Türkiyə Respublikasının Nazirliklərinin yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
30 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında fəaliyyətə başlayacaq “ASAN Viza”nın yeni əməkdaşları üçün səyahət sənədlərinin və vizaların identifikasiyasına dair təlimlərin keçirilməsinə başlanılıb.
“ASAN Viza” sistemi vasitəsilə Azərbaycana səfər edəcək ölkələr siyahısına daha bir dövlət əlavə edilib. Artıq Cibuti Respublikası vətəndaşları da “ASAN Viza” sistemi üzərindən Azərbaycan Respublikasına elektron viza müraciəti edə bilərlər.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılmış “ASAN ödəniş” sistemi əhaliyə daha bir yenilik təqdim edir.
Səyyar ASAN xidmət 14 aprel – 3 may Zərdab rayonunda, 16 aprel – 10 may Xaçmaz şəhərində, 20 aprel – 4 may Xızı şəhərində, 20 aprel – 19 may Şirvan şəhərində, 23 aprel – 7 may Binə qəsəbəsində, 1 – 15 may Ağdaş, Qovlar şəhərlərində, 1 – 25 may Şabran rayonunda, 1 – 30 may Biləsuvar, Zaqatala şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
24 aprel 2018-ci il tarixində Küveyt Dövlətinin Daxili İşlər Nazirliyi yanında Baş Yaşayış İcazəsi İdarəsinin rəisi general-mayor Talal Marefinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.