Please ensure Javascript is enabled for purposes of website accessibility

BMT Baş Assambleyasının sədri “ASAN xidmət”də

25 oktyabr 2019-cu il tarixində BMT Baş Assambleyasının sədri Ticani Məhəmməd-Bəndə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 33 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.

Eyni zamanda vurğulanıb ki, “ASAN xidmət” 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına və bu il keçirilmiş BMT Dövlət Xidmətləri Forumu zamanı Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı səhəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıb.

A- A A+

Digər press-relizlər