Please ensure Javascript is enabled for purposes of website accessibility
Səyyar ASAN xidmət Bakıda 4 ünvanda Ətraflı

Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə vətəndaş axını nəzərə alınaraq Səyyar ASAN xidmət 5 – 28 avqust Sahil, Biləcəri, Hövsan və Buzovna qəsəbələrində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar ASAN Kommunal davam edir Ətraflı

1–31 avqust 2019-cu il tarixində Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xırdalan şəhərində, Maştağa, Bakıxanov və Mərdəkan qəsəbələrində səyyar formada xidmətlər həyata keçiriləcək. Proses Bakı şəhərində fəaliyyət göstərən “ASAN Kommunal” mərkəzlərinə vətəndaş axını nəzərə alınaraq gerçəkləşdirilir.

Yaponiya nümayəndə heyəti “ASAN xidmət”də Ətraflı

26 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Yaponiyanın Daxili İşlər və Rabitə nazirinin müavini cənab Hideo Ohnişinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda konfrans keçirilib Ətraflı

İyulun 25-də “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda konfrans keçirilib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrləri, İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması işlərin...

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində Beynəlxalq Astronavtika Federasiyasının (BAF) nümayəndələri ilə görüş keçirilib. Görüşdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, BAF-ın icraçı direktoru Kristian Faythinger, “Azərkosmos” ASC-nin nümayəndələri və digər ə...