Yaşlı vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq, dövlət və digər xidmətlərə əlçatanlılığı artırmaq məqsədilə “ASAN Könüllüləri” Təşkilatı tərəfindən yaşlılar üçün rəqəmsal texnologiyalardan istifadəyə dair rəqəmsal bilik və bacarıqların artırılması üzrə fəaliyyətlərə başlanılıb.
“YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə Novruz sovqatlarının paylanılmasına başlanılıb.
"YAŞAT" Fondunun təşəbbüsü ilə şəhidlərimizin övladları "Övladlarımız Tək Ürək" 18 Mart Şəhidləri Anma və Çanakkale Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş Proqramda iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “Lotfi Zadeh Texnologiya Mərkəzi”ndə innovasiya ekosisteminin oyunçuları ilə görüşüb.
“Fövqaladə hallarda uşaq müdafiəsi layihəsi” çərçivəsində müharibədən zərərçəkmiş ərazilərdə yaşayan uşaqlara ASAN könüllüləri tərəfindən əlavə dəstək fəaliyyətlərinin icrasına başlanılıb. Bu fəaliyyətlər BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin fövqəladə hallarda uşaqlar üçün nəzərdə tutulmuş oyun proqramı və müvafiq oyuncaq dəstləri əsasında peşəkar psixoloqların müşayiəti ilə...