Çağrı Mərkəzi əhalinin "ASAN xidmət" və “ASAN kommunal” mərkəzlərində göstərilən xidmətlər barədə suallarının vaxt itirmədən, xidmət mərkəzlərinə getmədən, operativ şəkildə cavablandırılması, onların göstərilən xidmətlər barədə məlumatlandırılması və rastlaşdıqları hüquqpozmalar barədə müraciət etmələri məqsədilə yaradılmışdır.
Mərkəzin xidmətlərindən istifadə etmək üçün Respublikanın istənilən regionundan stasionar telefonlardan ödənişsiz, mobil operatorlardan isə ödənişli olaraq 108 nömrəsini yığa bilərsiniz. İrad və təkliflərinizi info@asan.gov.az elektron poçt ünvanı, 108 Çağrı Mərkəzi, onlayn əlaqə, “ASAN xidmət” mərkəzinin rəsmi feysbuk, instaqram səhifələri, videoqəbul vasitəsilə bildirə bilərsiniz.
108 Çağrı Mərkəzi ilə əlaqə saxlayan zaman vətəndaşlara səsli menyu vasitəsilə qeyd olunan xidmətlərə dair məlumat əldə etmək üçün müvafiq olaraq aşağıdakı düymələr təqdim olunur:
“ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər ilə bağlı - “1”
“ASAN kommunal” mərkəzlərində göstərilən xidmətlər ilə bağlı - “2”
Səyyar ASAN xidmət vasitəsilə göstərilən xidmətlər ilə bağlı - “3”
"ABAD" publik hüquqi şəxs tərəfindən göstərilən xidmətlər ilə bağlı - “4”
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan güzəştli mənzillərin əldə edilməsi ilə bağlı - “5”
Təmsilçiyə (operatora) bağlanmaq üçün - “0”
Qeyd: Çağrı Mərkəzinin iş rejimi çərçivəsində müraciət edən şəxslərin səsli menyunun istənilən mərhələsində 0 (sıfır) düyməsini seçməklə təmsilçiyə bağlanmaq imkanı mövcuddur.
Mərkəz bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək canlı iş rejimində, bayram və istirahət günlərində isə 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərir.