26-27 avqust 2019-cu il tarixində Qırğızıstan Respublikasının Bişkek şəhərində “Qarşılıqlı təcrübə mübadiləsi Alyansının”nın iştirakçı ölkələrinin nümayəndələri arasında görüş təşkil edilib. BMT-nin İnkişaf Proqramının Astana Dövlət Xidməti Mərkəzi tərəfindən təşkil olunan tədbirdə elektron hökümətin inkişafı və rəqəmsallaşdırma sahəsindəki mövcud tendensiyaların müzakirəsi, dövlət sektorunda inn...
“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin 2-ci günündə iştirakçılar taktiki hazırlıq təlimləri çərçivəsində çay keçidi üzərindən yaralıların təxliyyəsi, şəxsi heyətlə dolu 2 avtomobil ilə pusqu atılması, kəşfiyyat cığırında qrupun hərəkəti, düşmən qərargahına basqın əməliyyatları ilə tanış olublar. Həmçinin silah və hərbi avadanlıqların sərgisi ilə tanışlıq təşkil olunub.
26 avqust 2019-cu il tarixində Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağında “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsininin açılış mərasimi təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşların növbəti qəbulunu həyata keçirib.
18 avqust 2019-cu il tarixindən Türkiyə, Nigeriya, Maldiv, Liberiya, Əfqanıstan, Gürcüstandan olan gənclər “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyətə başlayıblar.
Azərbaycan Respublikası Prezidentinin Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncamının tətbiqi məqsədilə müvafiq tapşırıqların icrası təmin edilir.