Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Mərakeş Krallığının Turizm, Sənətkarlıq və Sosial İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sənətkarlar Evi” (“Maison de l’Artisan”) qurumunun baş direktoru Tarik Sadiqlə görüşüb.
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumunun iştirakçıları “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
"ASAN xidmət" "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi ilə birgə tərəfdaşlıq çərçivəsində “Hər kəs üçün ASAN” sosial layihəsinə start verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən qeyri-formal məşğulluq hallarının qarşısının alınması istiqamətində fəaliyyət davam etdirilir.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 4.10-cu bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 aprel tarixli 113 nömrəli Qərarı qəbul edilib. Qərarla Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında dəyişiklik edilib, çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında çağrı...
Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası (UNESCAP) çərçivəsində “İnklüziv xidmətlərin göstərilməsində innovativ yanaşmalar: sosial innovasiya vasitəsilə transformativ təsirin gücləndirilməsi” mövzusunda tədbir təşkil olunub.