Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş “Şəffaf, məsuliyyətli və səmərəli dövlət xidmətlərinin göstərilməsi vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviq edilməsi” mövzusunda keçirilən seminarda çıxış edib. Tədbir Azərbay...
10 iyun 2026-cı il tarixində Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Vyetnam Sosialist Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Nguyen Tienin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
5, 6 və 7 iyun 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində, ölkəmizin Gürcüstandakı Səfirliyində Azərbaycan Respublikasının vətəndaşlarına dövlət xidmətlərinin çatdırılması üçün Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Özbəkistanın dövlət qulluqçuları üçün Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” və dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı təqdimat edilib. İştirakçılar Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Siyasəti və İdarəet...
2-25 iyun tarixində Daşkəsəndə, Şabranda, Hacıqabulda, Astarada, Tərtərdə, Ağsuda, Yevlaxda və Xırdalanda, 16-25 iyun tarixində isə Mərdəkanda vətəndaşlara səyyar xidmət göstəriləcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Bakı Dövlət Universitetinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Bakıda Afrika Günü münasibətilə beynəlxalq konfrans keçirilib.