Beynəlxalq analitik mərkəz olan "Oxford Insights" tərəfindən “Süni intellekt startap həllərinin dövlət sektoruna inteqrasiyası: Azərbaycanda "ASAN AI Hub" təcrübəsi" adlı məqalə dərc olunub. Məqalədə Azərbaycanda dövlət sektorunda süni intellekt həllərinin tətbiqi və innovativ ekosistemin formalaşdırılması istiqamətində atılan addımlar təhlil edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq vətəndaşların növbəti qəbulu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Dünya Hökumətləri Sammiti çərçivəsində “Bürokratik maneələrin aradan qaldırılması, real nəticələrin əldə edilməsi – sıfır bürokratiyaya aparan yol” adlı panel sessiyada çıxış edib. O, qeyd edib ki, ölkəmizdə dövlət xidmətləri islahatları Azərbaycan Prezidentinin tə...
4 fevral 2026-cı il tarixində Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında Dünya Hökumətləri Sammiti çərçivəsində Anlaşma Memorandumu imzalanıb.
Səyyar ASAN xidmət avtobusu Ağdaşda, Heydər Əliyev meydanı 2 ünvanında vətəndaşlara xidmət göstərir. Ağdaşda ümumilikdə 22 dəfə Səyyar ASAN xidmət gerçəkləşib və 62 mindən çox vətəndaş müraciəti daxil olub.
3–5 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumətləri Sammitində iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ISO 56001:2024 “İnnovasiyalar üzrə İdarəetmə Sistemi” beynəlxalq standartı üzrə 2025-ci il üçün audit prosesi uğurla yekunlaşıb.
3- 25 fevral tarixində Yevlaxda, Şirvanda, Xaçmazda, Cəlilabadda, Goranboyda, Ağdaşda və Xırdalanda, 3-12 fevral tarixində Göygöldə, 16-25 fevral tarixində isə Samuxda vətəndaşlara səyyar xidmət göstəriləcək.