Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr);
Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
Ölmüş şəxsin qohumları;
Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
3 manat
Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər.
16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.
Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir.
Ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir.
Əgər nikah pozulubsa, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən nikahın qeydiyyatı haqqında təkrar şəhadətnamə verilə bilməz. Lazım gəldikdə keçmiş ərin (arvadın) xahişi ilə ona müvafiq arayış verilə bilər.
Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir.