Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə razılıq ərizəsi ;
Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
Yetkinlik yaşına çatmayan ümumi uşaqların olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı sənədlər təqdim edildikdə aparılır:
ərin və ya arvadın xəbərsiz itkin düşməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
ərin və ya arvadın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.
Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi;
Nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
Nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
Ər (arvadın) birgə ərizəsi və ya ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda nikah haqqında şəhadətnamə;
Dövlət rüsumunun ödənilməsi barədə qəbz
Birgə razılıq ərizəsi əsasında nikah pozulduqda-ər və arvadın hər ikisi;
Ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda-ər və ya arvad;
Məhkəmə qətnaməsi əsasında nikah pozulduqda-ər və arvad (birlikdə və ya ayrılıqda);
Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumu;
Yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında – 20 manat;
Məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) – 20 manat;
Digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə – 2 manat dövlət rüsumu ödənilməlidir
Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir.
Ər-arvad üzürlü səbəbə görə onlar üçün müəyyən edilmiş gündə nikahın pozulmasını qeyd etdirmək üçün Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gələ bilmədikdə, müddəti onların xahişi ilə başqa vaxta keçirilir. Müəyyən edilmiş vaxtda gəlməməyin səbəbi üzürlü hesab edildikdə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi yeni vaxt müəyyən etmədən onların gəldiyi gün nikahın pozulmasını qeyd edə bilər. Gəlməməyin səbəbi üzürsüz hesab edildikdə, lakin ər-arvadın nikahı pozmaq arzusu dəyişmədikdə, onlar nikahın pozulması haqqında Qeydiyyat şöbəsi və konsulluq idarəsinə yenidən ərizə verə bilərlər. Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulmasını qeyd etmək üçün yenidən 1 ay müddət təyin edir.