1. Atalığın müəyyən edilməsi üçün uşağın atasının və anasının (valideynlərin) birgə ərizəsi;
2. Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
3. Uşağın doğum haqqında şəhadətnaməsi;
4. Atalıq məhkəmə qaydasında müəyyən edilərsə qanuni qüvvəyə minmiş qətnamə;
5. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yaşayış yerini müəyyən etmək olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə uşağın atasının ərizəsi ilə yanaşı:
- qəyyumluq və himayə orqanlarının razılığını təsdiq edən sənəd;
- ananın ölümü haqqında şəhadətnamə (surəti);
- ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış;
- ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış;
- ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin mümkün olmamasını təsdiq edən daxili işlər orqanlarından müvafiq sənəd.
6. Yetkinlik yaşına çatmış şəxs barədə atalıq müəyyən olunduqda onun razılığı, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı.
Valideynlər (ata və ana);
Tək atanın ərizəsi əsasında - uşağın atası;
Atalıq məhkəmə qaydasında müəyyən edildikdə valideynlər və ya onlardan biri;
Yetkinlik yaşına çatmış şəxs barədə atalıq müəyyən olunduqda həmin şəxs və valideynlər;
Yetkinlik yaşına çatmış şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə – qəyyum və ya himayəçi;
Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
Ödənişsiz
Valideynlərdən biri üzürlü səbəbdən atalığın müəyyən olunmasını qeyd etdirmək üçün Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gələ bilmədikdə, onun birgə ərizədəki imzasının həqiqiliyi yaşadığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir.
Yetkinlik yaşına çatmayan valideynlər nikaha daxil olmamışlarsa, onların uşaqları doğulduqda həmin valideynlər 16 yaşına çatdıqdan sonra atalığın müəyyən edilməsi məqsədilə müraciət edə bilərlər.