ərizə-anket;
pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı (İnsanın immunçatışmazlığı virusu infeksiyası və B və C hepatitləri) olmaması haqqında arayış;
müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu təsdiq edən sənədin əsli və ya notariat qaydasında təsdiq olunmuş surəti (və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd);
3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
Miqrasiya Məcəlləsinin 45.1.1-ci (Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda) və 45.1.5-ci (Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda) maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;
Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti;
iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;
qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin özü iştirak etmədikdə notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
dövlət rüsumunun ödənilməsi barədə sənəd (icazə vəsiqəsi təqdim edildiyi zaman verilir).
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına
- iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
Yetkinlik yaşına çatmış şəxslər üçün Yetkinlik yaşına çatmayan şəxslər üçün
3 ayadək 30 manat 15 manat
6 ayadək 60 manat 30 manat
1 ilədək 120 manat 60 manat
1 il 6 ayadək 180 manat 90 manat
2 ilədək 240 manat 120 manat
2 il 6 ayadək 300 manat 150 manat
3 ilədək 360 manat 180 manat
- on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
Yetkinlik yaşına çatmış şəxslər üçün Yetkinlik yaşına çatmayan şəxslər üçün
3 ayadək 40 manat 25 manat
6 ayadək 80 manat 50 manat
1 ilədək 160 manat 100 manat
1 il 6 ayadək 240 manat 150 manat
2 ilədək 320 manat 200 manat
2 il 6 ayadək 400 manat 250 manat
3 ilədək 480 manat 300 manat
Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil alan şəxslər üçün
- iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
1 illik 40 manat
2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 80 manat
- on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
1 illik 60 manat
2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 120 manat
Müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin yenidən verilməsi üçün 20 manat
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 566-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün sənədlərin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 manat cərimə edilir.
2, 9, 11-ci bəndlərdə göstərilən sənədlərin surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.
Tibbi arayışlarla əlaqədar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Bakı şəhəri, Tbilisi prospekti 3166 ünvanında yerləşən Respublika Diaqnostika Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonu, A.Molla Cümə küç., 11 “B” ünvanında yerləşən Beynəlxalq Tibb Mərkəzinə (İnternational Medical Centre) və ya Bakı şəhəri, Badamdar şosesi 31 T ünvanında yerləşən Xüsusi Müalicə Sağlamlıq Kompleksinə müraciət edə bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət etməlidirlər. Şəxsin ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduğu hal istisna olmaqla, ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər. Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsinə (müddətin uzadılmasına) görə müəyyən edilmiş dövlət rüsumu, həmin icazə ilə bağlı müraciətə baxılması üçün müəyyən edilmiş müddətin (15 və ya 20 iş günü) sonuncu günündən 30 gün ərzində ödənilmədikdə həmin icazə ləğv edilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Müvəqqəti yaşamaq icazəsinin alınması ilə bağlı aşağıdakı vizalar olmalıdır:
Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda - şəxsi səfər vizası;
Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda - istənilən viza;
Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya bankda həmin məbləğdə pul vəsaiti olduqda - istənilən viza;
Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda - işgüzar (biznes) və ya əmək vizası;
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda - işgüzar (biznes) viza;
Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda – elm və ya təhsil vizası;
Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda - humanitar səfər vizası;
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda - işgüzar (biznes) viza, rəsmi səfər vizası, əmək vizası, müalicə vizası, mədəniyyət və idman vizası;
Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda - şəxsi səfər vizası;
İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda - cəlb olunduğu sahəyə uyğun viza;
Gəmiqayırma - əmək vizası;
Nikah - şəxsi səfər vizası.
Bu xidmət 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi istisna olmaqla bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.