Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin özü iştirak etmədikdə notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
- altmış gün müddətində verildikdə və ya müddəti uzadıldıqda
Yetkinlik yaşına çatmış şəxslər üçün 300 manat
Yetkinlik yaşına çatmayan şəxslər üçün 150 manat
- əlli gün müddətində verildikdə və ya müddəti uzadıldıqda
Yetkinlik yaşına çatmış şəxslər üçün 350 manat
Yetkinlik yaşına çatmayan şəxslər üçün 200 manat
- qırx gün müddətində verildikdə və ya müddəti uzadıldıqda
Yetkinlik yaşına çatmış şəxslər üçün 400 manat
Yetkinlik yaşına çatmayan şəxslər üçün 250 manat
- otuz beş gün müddətində verildikdə və ya müddəti uzadıldıqda
Yetkinlik yaşına çatmış şəxslər üçün 450 manat
Yetkinlik yaşına çatmayan şəxslər üçün 300 manat
Daimi yaşamaq üçün icazə vəsiqələrinin (itirilmiş) 20 manat
Yenidən verilməsi üçün
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 566-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün sənədlərin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 manat cərimə edilir.
2, 10, 12-ci bəndlərdə göstərilən sənədlərin surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsinə (müddətin uzadılmasına) görə müəyyən edilmiş dövlət rüsumu, həmin icazə ilə bağlı müraciətə baxılması üçün müəyyən edilmiş müddətin (30, 40, 50 və ya 60 gün) sonuncu günündən 30 gün ərzində ödənilmədikdə həmin icazə ləğv edilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Bu xidmət 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi istisna olmaqla bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.