ərizə;
ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
hüquq sahibi hüquqi şəxs olduqda: hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən sənəd (etibarnamə);
Bələdiyyələr bələdiyyə sədri tərəfindən imzalanmış və möhürlənmiş ərizə və bələdiyyənin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni;
dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra-Arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir.
120 manat
mənzillər, fərdi yaşayış evləri və kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə: - 36 manat
kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində müvəqqəti istifadə, icarə və digər hüquqlar dövlət qeydiyyatına alındıqda (müddəti 10 ilədək olan müqavilələr üzrə) - 10 manat
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
10 manat
1 iş günü
Daşınmaz əmlak üzərində hüquq sahibi olmayan şəxs ərizədə arayışın əldə edilməsinin məqsədini göstərməlidir. Cinayət prosessual qanunvericiliyinə əsasən cinayət təqibini aparan orqanlar, hakimlər, icra məmurları və qanunda nəzərdə tutulan hallarda digər səlahiyyətli dövlət orqanlarının əsaslandırılmış müraciətləri əsasında Reyestrdən arayış verilir.