Notarial qaydada təsdiq edilmiş müqavilə və ya vərəsəlik şəhadətnamələri əsasında mənzillərə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər:
ərizə;
ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə notarial qaydada təsdiqlənmiş müvafiq etibarnamə (hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir);
alqı-satqı, bağışlama, dəyişmə, renta müqaviləsi, vərəsəlik şəhadətnaməsi, ər-arvadın ümumi əmakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə və s;
daşınmaz əmlak hissələrlə özgəninkiləşdirildikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş bölgü sxemi;
dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışı olan mənzillərin hərrac vasitəsilə əldə edildiyi halarda mənzillər üzərində mülkiyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər:
ərizə;
ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə notarial qaydada təsdiqlənmiş müvafiq etibarnamə (hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir);
qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;
ipoteka qoyulmuş əmlakın hərracda satış halı istisna olmaqla, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamə;
dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və çıxarışı olan mənzillərə dair mülkiyyət hüququnu təsdiq edən itirilmiş, yararsız hala düşmüş və ya təmamilə məhv olmuş sənədlərin dublikatının verilməsi üçün tələb olunan sənədlər:
ərizə;
ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə notarial qaydada təsdiqlənmiş müvafiq etibarnamə (hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə əmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir);
dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Mənzillərə texniki pasportların verilməsi
Mənzillərə texniki pasportlar aşağıdakı sənədlər əsasında verilir:
- ərizə (müraciət);
- ərizə verən şəxsin şəxiyyətini təsdiq edən sənəd;
- mülkiyyət hüququnu təsdiq edən sənəd (olduğu halda);
- daşınmaz əmlakın texniki göstəricilərinə dair texniki sənədlər (olduğu halda);
- dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Mənzillər üzərində hüquqların dövlət qeydiyyatı hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.
Mənzillər üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə elektron çıxarışların verilməsi - 50 manat
(10 iş gününə verildikdə 36 manat x/h, 7 iş gününə verildikdə 54 manat x/h, 3 iş gününə verildikdə 72 manat x/h, 1 iş gününə verildikdə 108 manat x/h,
Mənzillərə dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün – 75 manat
Sahəsi 50 m2-dək (50 m2 daxil) olduqda:
Bakı-15 iş gününə verildikdə 40, 10 iş gününə verildikdə 60, 5 iş gününə verildikdə 80, 2 iş gününə verildikdə 120 manat
Abşeron rayonu, Gəncə, Sumqayıt, şəhərləri- 15 iş gününə verildikdə 35 manat x/h, 10 iş gününə verildikdə 52.5 manat x/h, 5 iş gününə verildikdə 70 manat x/h, 2 iş gününə verildikdə 105 manat x/h
Digər şəhər və rayonlarda –15 iş gününə verildikdə 30 manat x/h, 10 iş gününə verildikdə 45 manat x/h, 5 iş gününə verildikdə 60 manat x/h, 2 iş gününə verildikdə 90 manat x/h
Sahəsi 50 m2-dən çox olduqda, hər əlavə 1 m2 üçün
Bakı şəhərində 0,40 manat x/h
Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində 0,32 manat x/h
digər şəhər və rayonlarda 0,28 manat x/h
Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması, daha əvvəl inventarlaşdırma aparılmış daşınmaz əmlak obyektinə münasibətdə yuxarıda qeyd olunmuş tariflərə 0,2 əmsalı tətbiq edilməklə, lakin minimum məbləğ 30,0 manatdan az olmamaqla hesablanır.