VÖEN (olduğu halda ) və şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün);
Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin şəxsiyyət vəsiqəsi və VÖEN (hüquqi şəxs olduğu halda);
Mülkiyyəti təsdiq edən sənəd (Qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış, mülkiyyətə dair şəhadətnamə, notarial qaydada təsdiq olunmuş alqı-satqı, bağışlama, icarə müqaviləsi və ya vərəsəlik şəhadətnaməsi);
Abonent kodu.
Ödənişsiz
5 gün
Qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi zamanı enerji təchizatı haqqında müqavilə “ASAN Kommunal” mərkəzində bağlanılır.
Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər biri ayrıca abonent olduğu və ya payçıların özləri iştirak etdiyi hallar istisna olmaqla) onların notarial qaydada razılıq ərizəsi tələb olunur.
Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Borc aşkar olunduğu halda qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilmir.
Abonentin mülkiyyət sənədi olmadığı halda, ona məxsus abonent kodunu notarial qaydada təsdiq edilmiş ərizə əsasında digər şəxsin adına keçirə bilər.
Abonent ad və ya soyadın dəyişdirilməsi haqda şəhadətnaməni təqdim etdiyi halda mülkiyyət sənədin təqdim etmədən xidmətə müraciət edə bilər.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən qeydiyyatdan keçmiş icarə müqaviləsi təqdim edildiyi halda notarial təsdiq tələb olunmur.
İcarə müqaviləsi hüquqi şəxslər arasında bağlandıqda notarial təsdiqə ehtiyac yoxdur (icarə müqaviləsinin müddəti 11 aydan az olduğu hallarda).
Hesablaşma sayğacının göstəricisinin oxunmadığı halda əhali istehlakçısının ad dəyişdirilməsi icra edilmir. (Göstəricinin oxunması ilə əlaqədar müvafiq ETŞ-ə müraciət oluna bilər)